Mobil versiya
Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb
Tarix: 12-07-2019, 15:10 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 200" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı "Cek" ləqəbli kinoloji xidməti itinin reaksiyası nəticəsində avtomobilin arxa oturacağının arxa tərəfindən "Marlboro" markalı 2200 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


aia.az



564 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031