Mobil versiya
Siyavuş Novruzov: “Heydər Əliyevlə bağlı bəyənat qəbul etməliyik!”
Tarix: 12-07-2019 | Saat: 14:20
Bölmə:Siyasət | çapa göndər

Siyavuş Novruzov:


“Biz bu gün bayraq haqqında danışırıqsa, Azərbaycanda ilk dəfə bu bayrağı qaldıran, müstəqil Azərbaycan dövlətini quran Heydər Əliyevin bir neçə gün sonra hakimyiyətə gəlməsinin 50 illiyini diqqətdən qaçırmamalıyıq”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının son iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik müzakirə edilərkən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.



Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri S.Novruzov deyib ki, bu gün Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanır:


“Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə bütün sahələrdə tərəqqi başladı. İkinci dəfə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın parçalanmasının qarşısı aldı, müstəqil dövlətimizi qurdu. Bu gün Prezident İlham Əliyev həmin siyasəti davam etdirir. Bu dövlətin qurucusu var, biz mütləq Heydər Əliyevi yada salmalıyıq. Biz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı parlamentdə bir bəyanat, müraciət qəbul etməliyik".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024