Mobil versiya
Milli Məclis tətilə çıxdı - Deputatlara iki aylıq müavinət veriləcək
Tarix: 12-07-2019, 14:18 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclis tətilə çıxdı -



Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.

Modern.az xəbər verir ki, iyulun 12-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 28 məsələ müzakirə olunub. Əksəriyyəti 2-ci cə 3-cü oxunuşa çıxarılan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsvermə nəticəsində qəbul edilib. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıblar.


Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.


“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb.

Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.

aia.az



536 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-07-2019
12-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031