Mobil versiya
Nazirliyin çağrı mərkəzinə 127253 müraciət daxil olub
Tarix: 12-07-2019, 12:56 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Nazirliyin çağrı mərkəzinə 127253 müraciət  daxil olub


2019-cu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 127 253 müraciət daxil olub.



Modern.az xəbər verir ki, vətəndaşlar əsasən əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat növləri, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, mənzil və avtomobillə təminat, sosial sığorta və fərdi uçotun təşkili, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər. Ümumi müraciətlərin böyük əksəriyyəti sorğu xarakteri daşıyıb və həmin sorğuların hər biri ilə bağlı vətəndaşlara izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.




Vətəndaşlar 142 - Çağrı mərkəzinə zəng edərək 0 düyməsini, bundan sonra 1 düyməsini seçməklə və şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixini (rəqəm ifadəsində, məsələn, 1970-ci ilin 10 iyun tarixi -10.06.1970 kimi) daxil etməklə - əlillik, 0 düyməsini, bundan sonra 2 düyməsini seçərək və şəxsiyyət vəsiqəsinin nömrəsini, ərizə-bəyannamənin son 4 rəqəmini daxil etməklə ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı müraciətlərinin nəticəsi barədə məlumat əldə edə bilərlər.



Əgər vətəndaşın əlillik və ya sosial yardımla bağlı müraciətlərinə dair informasiya sistemində məlumat olmadıqda bu barədə də vətəndaşa məlumat verilir.

aia.az



533 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-07-2019
12-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031