Mobil versiya
"Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub"
Tarix: 12-07-2019 | Saat: 12:38
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub"


Xəbər verdiyimiz kimi bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan “Murov qartalı” ləğəbi ilə tanınan polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun doğum günüdür. R.Orucov 1972-ci il iyulun 12-də Ağdamın Cinli kəndində anadan olub.

R.Orucovun kəşfiyyat rəisi ehtiyatda olan mayor Rasim Fərşidov Moderator.az-a açıqlamasında öz xoş xatirələrini bölüşüb və o, R.Orucovu peşəkar bir zabit kimi tanıdığını bildirib:

“Mən Raqufun kəşfiyyat rəisi olmuşam və onda o, bölük komandiri olub. R.Orucov zabit kimi çox tələbkar, şəxsi heyyətlə işləmək bacarığı olan bir zabit olub. O, qarşısına qoyulan tapşırığı daim yerinə yetirib. Raqufla mən 1996-cı ildən 2002-ci ilə kimi bir yerdə xidmət etmişik və o, tağım, bölük komandiri və sonra da kəşfiyyat rəisi olub. Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, Azərbaycan ordusunda ən çox sükan arxasında gedən, dağlara qalxa bilmək üçün onda bu dözüm var idi. R.Orucov bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub. O, həmin ərazilərdə 7 il xidmət edib”.

R.Fərşidov deyib ki, R.Orucov öz əsgərləri ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olub:

“R.Orucov aprel döyüşlərində briqada komandiri olub və vəzifəsinə görə o, əlinə silah alıb döyüşməyə də bilərdi. Amma o, torpaqları azad etmək üçün əlinə silah alıb döyüşə atıldı. O, şəhidliyi özü seçdi. O, vətəni, torpağı vəzifədən daha çox sevən bir insan olub”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024