Mobil versiya
Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq – Agentlik sədri
Tarix: 11-07-2019 | Saat: 12:51
Bölmə:Səhiyyə | çapa göndər

Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq –


Bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Z.Əliyev bildirib ki, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, qeydiyyatın elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir”.



Sədr qeyd edib ki, digər məsələ tibb işçilərin yeni əmək haqlarının, bonuslarının hesablanması ilə bağlıdır:

“Tariflər, xidmətlər zərfi, bütün bunlar hamısı hazır vəziyyətdədir. Düşünürük ki, yaxın bir ay ərzində bu razılaşmalar bitdikdən sonra artıq təsdiq olunması üçün göndəriləcək. Təxminən sentyabr ayında bütün sənədlər təsdiqlənməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024