Mobil versiya
Əbülfəs Qarayev: 43-cü sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi
Tarix: 10-07-2019, 14:31 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Əbülfəs Qarayev:


Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev sessiya müddətinə qəbul edilmiş qərarlardan, keçirilən görüşlərdən, əldə edilən nəticələrdən söz açıb.

Nazir deyib ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin artan nüfuzundan xəbər verir. Əbülfəs Qarayev Azərbaycan-UNESKO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Mədəniyyət naziri ölkəmizin 10 gün ərzində ev sahibliyi etdiyi möhtəşəm tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin Bəhreyndə 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Növbəti sessiyanın Azərbaycanda keçirilməsi seçki yolu ilə öz həllini tapıb. Həmçinin 42-ci sessiyada Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir:

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli bir iş idi. Bütün dünyanı əhatə edən komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsinə səs verməsi, sözsüz ki, ilk növbədə, Azərbaycanın dünyadakı artan nüfuzundan xəbər verirdi. UNESCO-nun Ümumdünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var idi və bütün dövlət qurumlarımız bu şərtlərlə tanış olmuşdular. Şərtlərin həlli yolunda bütün işlər görüldü".

Ümumdünya İrs Komitəsinin UNESCO-nun əhəmiyyətli qurumlarından olduğunu söyləyən nazir bildirib ki, bu komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: “Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda, komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoydu.

Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzaladı. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olundu.

Bu günlər ərzində səmərəli müzakirələr aparıldı, bir sıra vacib qərarlar qəbul olundu. Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş fayllar nəzərdən keçirildi.

UNESKO-nun sessiyasının Bakıda keçirilməsinin iki xüsusiyyəti var. Əvvəla buraya təşrif buyuran insanlar ən hörmətli insanlardır. Onlar hər biri öz ölkələrinin ən yaxşı, ciddi mütəxəssisləridir. Bu qonaqlar ölkəmizlə çox yaxından tanış oldular. Ekspertlər Azərbaycanda mədəni irsin qorunmasını yüksək dəyərləndirdilər.

Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Ötən müddət ərzində çox ciddi müzakirələr aparıldı, 166 sahəyə baxıldı və 29 irs nümunəsi siyahıya salındı.

Bu tədbir təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün əlamətdar idi. 150-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya dünya mətbuatında geniş işıqlandırıldı. Həmçinin sessiya UNESKO-nun saytında canlı yayımlandı. On gün ərzində komissiya tərəfindən 166 məkan müzakirə olundu. Sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq nominasiya idi. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatdı".

Nazir vurğulayıb ki, Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkəmizin böyük tarixi qələbədir. Bu prosesin asan başa gəlmədiyini qeyd edən nazir bildirib ki, altı ildir Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim edib. İlkin mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin Azərbaycanın gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynadı. Bununla da Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı üçə çatdı.

Sonra suallar cavablandırılıb.

aia.az



547 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031