Mobil versiya
Ermənistanda kütləvi qətl törədən Permyakov günahını etiraf etdi
Tarix: 22-01-2016 | Saat: 16:58
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Məhkəmə keçirilir.

Gümrüdə erməni ailəsini qətlə yetirməkdə ittiham edilən rusiyalı hərbçi Valeri Permyakov günahını boynuna alıb, “Novosti Armenii” məlumat yayıb.

Aia.az xəbər verir ki, Permyakov hakimin sualına cavab olaraq ittihamın məğzini və hüquqi təsnifatını anladığını və özünü günahkar bildiyini deyib.

Özünü nədə günahkar bildiyini soruşduqda isə müttəhim “hər şeydə” cavabını verib.

Daha öncə Gümrüdə erməni ailəsini qətlə yetirməkdə ittiham edilən rusiyalı hərbçi Valeri Permyakova qarşı yeni ittihamların irəli sürüldüyü barədə məlumat yayılmışdı.

İstintaqın versiyasına görə, ötən il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvü Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov tərəfindən qətlə yetirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024