Mobil versiya
Burun-dodaq əməliyyatlarından uğursuz çıxan QADINLAR
Tarix: 10-07-2019, 10:44 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Burun-dodaq əməliyyatlarından uğursuz çıxan



Son illər Azərbaycanda burun, dodaq estetik əməliyyatlarına maraq digər əməliyyatlara nisbətən kəskin artıb.



Onu da qeyd edək ki, 2016-cı ilin fevral ayından artıq Azərbaycanda burun əməliyyatlarında bir yenilik həyata keçirildi. Ultrasonik (piezo) rinoplastikanı dünyada tətbiq edən 4-cü ölkə Azərbaycan oldu. Ultrasonik rinoplastikanın sayəsində əməliyyat sırasında çəkic və digər küt alətlərin istifadəsinə son qoyuldu, əməliyyat sonrası reabilitasiya dövrü bir həftəyə qədər qısaldıldı.



Tətbiq olunan yeniliyə baxmayaraq burun estetik əməliyyat etdirən pasientlər bir çox hallarda nəfəsalmada çətinliyin olması və ya estetik görüntünün qənaətbəxş olmaması problemləri ilə rastlaşırlar. Hətta həkimlərin təcrübəsiziliyindən dolayı həyatını itirənlər də az deyil. Bununla yanaşı, əməliyyatdan sonra üzündəki deformasiylar çox dəhşətli mənzərə yaradan xanımlara da çox rast gəlmək olur.



Mövzu ətrafında Modern.az-a danışan tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli bildirib ki, əməliyyatı həyata keçirən həkim plastik və rekonstrutiv cərrah olmalıdır ki, əməliyyatdan sonra hər hansı bir problem yaranarsa, onu aradan qaldıra bilsin.



“Burun, dodaq əməliyyatı riskli əməliyyatlar sırasındadır. Əvvəlcədən xəstəyə izah edilməlidir ki, əməliyyatın yaxşı bitməməsi, nəticənin istənilən kimi alınmaması riski var. Lakin onu da deyim ki, sonu uğursuzluqla nəticələnən əməliyyatlara ölkəmizdə o qədər də sıx rast gəlinmir. Demək olar ki, dünyanın hər yerində bu əməliyyata olan risk eynidir. Əsas odur ki, bu sahənin mütəxəssisinə müraciət edilsin”.


aia.az



535 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031