Mobil versiya
İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI
Tarix: 9-07-2019, 14:42 | Saat: 15:47:00
Bölmə:Manşet / Dünya | çapa göndər

İŞİD niyə tam məhv edilmir? -


Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşması İŞİD-ə (İraq Şam İslam Dövləti) qarşı demək olar ki, dünya ölkələrinin bir çoxu ciddi mübarizə aparır. Baxmayaraq ki, ABŞ və müttəfiqlərinin mövcud imkanları şəraitində İŞİD mövqelərinin xeyli hissəsi məhv edilib, lakin yenə də bu qruplaşma kiçik hissələr şəklində olsa da, fəlaiyyət göstərməkdədir.



Belə olan halda cəmiyyəti düşündürən belə bir sual ortaya çıxır. Əsas tərkib hissəsi məhv edilən bu terror qrupu niyə tamamilə ləğv edilmir? Dövlətlər qruplaşma qarşısında acizdir, yoxsa başqa səbəblər var?


Bu kimi sualları şərqşünas alim, politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında cavablayıb.



“Bəzi böyük dövlətlər terrorçuları, cinayətkarları, narkotik satışı ilə məşğul olan böyük şəbəkələri dəstəkləyir. Bununla da həmin ölkələr müəyyən ərazilərdə sabitliyi pozumaq niyyətinə çatır və eyni zamanda nüfuzunu gücləndirərək təsir imkanları əldə edir. İŞİD-lə bağlı Amerikanın sabiq prezidenti Barak Obama demişdi ki, “İŞİD-lə mübarizə on illərlə çəkəcək, Amerika Yaxın Şərqdə qalaraq bu mübarizəni sonadək davam etdirəcək”. On illər ərzində Amerika qoşunlarının Yaxın Şərqdə qalması, terrora qarşı mübarizə adı altında fəaliyyət göstərməsi üçün İŞİD ən gözəl bəhanədir. Düzdür, Ameikanın səyi nəticəsində İŞİD qruplaşmasının xeyli hissəsi ləğv edildi, lakin yarıgizli-yarıleqal şəkildə bəzi hərbi birləşmələr hələ də öz mövcudluğunu qoruyub saxlayır. Həmin birliklər maliyyə, texniki, informasiya dəstəyini bəzi dövlətlərdən alır. Odur ki, bu qruplaşma hələ uzun müddət fəaliyyət göstərəcək”.




Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə öz müstəqilliyini elan edib. Böyük terror hadisələrinə imza atan qruplaşma yarandığı dövrdən minlərlə insanı öz ətrafında birləşdirməyi bacarıb. BMT-in baş katibi Antonio Guterresin bu ilin fevral ayında mətbuata verdiyi açıqlamada bildirilirdi ki, İraq və Suriyada İŞİD üzvlərinin sayı 14-18 min arasındadır. Bu insanların 3 minə yaxını qruplaşmaya başqa ölkələrdən qoşulub.


aia.az



553 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031