Mobil versiya
Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...
Tarix: 8-07-2019, 17:47 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...


Sosial şəbəkələr, internet, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əlaqə yaratmaqdan tutmuş, yeni informasiya əldə etməyə qədər sosial şəbəkə köməyimizə gəlir. Bəzən saatlarla, hətta günün yarısını virtual əlaqə yaratmaq üçün Facebook, Whatsapp, İnstagram-da aktiv oluruq.



Maraqlıdır, demək olar ki, bizi özündən aslı hala gətirən sosial şəbəkə anlayışı olmazsa, daha doğrusu sosial şəbəkələr həmişəlik çökərsə hansı vəziyyətə düşərik? Bunun insanlara mənfi təsiri olar, yoxsa heç nə olmamış kimi gündəlik həyatımıza davam edərdik?



Bu mövzuda Modern.az-a danışan psixoloq Gülər Məmmədova suala belə aydınlıq gətirib:

“Elə bir zamanda yaşayırıq ki, insanlar öz hiss və emosiyalarını yalnız sosial şəbəkə, internet üzərindən biruzə verə bilirlər. Bu da insanlarda duyğusal, emosional aslılıq yaradır. Sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib. Orqanik dedikdə yəni vəziyyətin belə olması insan psixologiyasına oturuşub. Sevgi, iş, dostluq münasibətləri, valideyn-övlad münasibətləri sırf sosial şəbəkə, telefon üzərindən həyata keçirilir. Belə olduğu üçün də insanlar asılı olduğu mexanizmin çökməsini gördükdə həyəcan keçirir. Biri var narkotik, spirtli içkilərdən aslılıq, biri də var bu cür aslılıq. Virtual ünsiyyətdə yaranan hər hansı mənfi hal psixoloji aspektdən insanların həyatına birmənalı olaraq təsir edir”.



Psixoloq deyir ki, sosial şəbəkələr birdən ləğv olunsa, insanlar güclü stress keçirə bilər.

“Təbii ki, uzun müddət vərdiş etdikləri bir anlayış olmazsa, bu, insanlara ciddi şəkildə təsir edəcək. Mövcud duruma öyrəşmək çətin olsa da, zamanla onlar bu hala adaptasiya olacaqlar. Alternativ hal düşünüb, vəziyyətdən çıxmağa çalışacaqlar. Çünki indi insanlar rahatlığa, hər şeyi asanlıqla əldə etməyə alışıb”.



Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, sosial şəbəkələrin çökməsi təkcə insanlara yox, bütün cəmiyyətə mənfi təsir göstərərdi.



“İndi təkcə adi, fiziki şəxslər sosial şəbəkə istifadəçisi deyil. İnkişaf o səviyyədədir ki, dövlət, özəl, vətəndaş cəmiyyəti, biznes, xidmət - bir sözlə hər şey bura inteqrasiya edib. İndi birdən sosial şəbəkələr yoxa çıxsa, onun üzərindən xidmət, biznes mümkün olmayacaq. Bu aspektdən yanaşmaq daha doğrudur. Sonda vətəndaşlar arasında hansısa bir informasiya münasibətlərində problem ola bilər. Lakin gündəlik birgə yaşayış qaydalarımız, həyati proseslər var. Burada da tibb, təhsil, maliyyə və s. var. Düşünürəm ki, biz sosial şəbəkələrin qayğısına qalmalıyıq, dövlət onu inkişaf etdirməlidir. Sosial şəbəkənin faydalı tərəflərindən istifadə etməliyik. Çünki sosial şəbəkə artıq bizim virtual həyatımız yox, gündəlik həyatımıza çevrilib. Həyat dediyimiz yeri də səliqəyə salmalı, qədrini bilməliyik”.


aia.az



538 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031