Mobil versiya
Türkiyəli azərbaycanlını, azərbaycanlı da iranlını... - BAKIDA FİLM KİMİ DƏLƏDUZLUQ
Tarix: 05-07-2019 | Saat: 16:30
Bölmə:Cəmiyyət | çapa göndər

Türkiyəli azərbaycanlını, azərbaycanlı da iranlını...



Bakıda qadın türkiyəli sevgilisindən polisə şikayət edib.

Bakupost.az-ın məlumatına görə, Yasamal rayon sakini 1970-ci il təvəllüdlü Mehriban Hacıyeva polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda qeyri-rəsmi yaşadığı Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Sakallı Ali Şevkət oğlu evdən ona məxsus 1900 ABŞ dolları oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Başqa bir fakta görə isə Bakıda iran vətəndaşı qadına qarşı dələduzluq edib.

Məlumata görə, şəhər sakini Ramina Eyyubova DİN-ə müraciət edərək bildirib ki, iş qurmaq adı ilə müxtəlif vaxtlarda Nərimanov rayon ərazisində İran vətəndaşı Mehdi Dibai Təbrizə 5000 min manat, 4933 AVRO, 4000 ABŞ dolları verib.

Lakin İran vətəndaşı onun etibarından sui istifadə edərək həmin pulları mənimsəyib.

Araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024