Mobil versiya
Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirdi
Tarix: 05-07-2019 | Saat: 16:28
Bölmə:Gündəm | çapa göndər

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirdi


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqlar Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

aia.az "Report”a istinadən xəbər verir ki, sakinlər kəndə verilən suvarma suyunun kifayət etməməsindən narazılıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, kəndə suvarma suyu müxtəlif vaxtlarda qrafiklə verilir və bu da əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına imkan vermir.

Onlar bildiriblər ki, arxlarda su gec-gec gəldiyindən bura axıdılan çirkab sular nəticəsində ətrafa pis qoxu yaranır.

Əraziyə gələn Təzəkənd kənd rəhbərliyinin nümayəndəsi Vahid Xəlilov sakinlərin şikayətlərinin aidiyyatı qurumlara çatdırılacağına söz verib. O, yay aylarında kəndə suyun qrafiklə verildiyi və bunun da kifayət etmədiyi barədə məlumatlı olduğunu qeyd edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024