Mobil versiya
Sumqayıt-Bakı elektrik qatarındakı problemin səbəbi - Rəsmi açıqlama - YENİLƏNİB
Tarix: 05-07-2019 | Saat: 09:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sumqayıt-Bakı elektrik qatarındakı problemin səbəbi -


Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Bu barədə Bakupost-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Qeyd olunub ki, yaranan problem artıq aradan qaldırılıb:

"Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir".
***
Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

Bakupost xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Maşinist problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 30 dəqiqə gec çatıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024