Mobil versiya
Şəbnəm Tapdıq qalmaqala aydınlıq gətirdi: “Bütün Şəbnəmlərə halallıq verirəm, amma...”
Tarix: 5-07-2019, 14:40 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Şəbnəm Tapdıq qalmaqala aydınlıq gətirdi:




Əməkdar artist Şəbnəm Tapdıq bir müddət öncə öz adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edib. Müğənni “İlk Şəbnəm” adının patentləşdirilməsini istəyib.

Bunun ardınca müğənni ilə bağlı başqa söz-söhbətlər yaranıb. Bəzi KİV-lərin yaydığı xəbərdə iddia edilib ki, Şəbnəm Tapdıq eyni adı daşıyan müğənnilərə mesaj göndərərək, hədələyib. Hətta onların Şəbnəm ismindən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. Guya həmin ərizdə Şəbnəm Tapdıq eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini başqa səhnə təxəllüsü ilə reklam etməyi istəyib.

Bu söz-söhbətlər sosial şəbəkələrdə müzarkirələrə səbəb olub və əksəriyyət Şəbnəm Tapdıqı qınayıb.

Məsələ ilə bağlı Şəbnəm Tapdıq Modern.az saytına açıqlama verib. O, bəzi insanları məsələni konteksdən çıxarmaqda ittiham edərək, heç bir Şəbnəmi hədələmədiyini vurğulayıb.


“Əqli Mülkiyyət Agentliyinə müraciət etməyimin heç kimə dəxli yoxdur, bu, yalnız mənə aid olan məsələdir. Məsələn, tutaq ki, mən bir obyekt açıram, bunun kimə nə adiyyatı var? Xahiş edirəm hər kəs öz işi ilə məşğul olsun. Bir sual verim: Şəbnəm Tapdıq neçə ildir səhnədədir?”, – deyə müğənni əsəbi tonda danışıb.


Ardınca da 1979 – 1980-ci illərdən bu günə kimi səhnə fəaliyyəti göstərdiyini vurğulayıb:

“Hələ mənim o zaman 17 yaşım var idi. Azərbaycan musiqi sənətində Şəbnəm adı ilə ilk mən çıxış etmişəm və hamı da ilk olaraq məni tanıyıb.
Mən şəxsən fəxr edirəm ki, adımı daşıyan neçə-neçə insan var. Şəbnəm adını hər kəsə mən tanıtdım. Burda pis nə var ki?

İndi maşallah, hər tərəf Şəbnəmlə doludur. Hara baxırsan Şəbnəmdir. Aparıcı, jurnalist, kosmetoloq, müğənni - bütün sahələrdə Şəbnəm adına rast gəlmək olur. İndi bərkgedən bir müğənni də var - Şəbnəm Tovuzlu – bunların hamısı mənə görə Şəbnəm olublar.


Mərhum İlyas Tapdıqı bütün Azərbaycan tanıyır, gözəl şairdir və mən də onun övladıyam. Bilirsiniz ki, bütün yazarlar, şairlər xalqın düşünən beynidir.


İlyas müəllimin əsərində mənim adım keçir. İlk bahar Şəbnəmi... Elə adlar var ki, onları ilk dəfə atam öz əsərlərində qeyd edib və şəhadətnaməyə saldırıb ki, bu adlar birincidir. Kim istəyir götürsün, övladlarına versin.

Azərbaycanın hansı bölgəsinə gedirəm, hər kəs mənə yaxınlaşıb deyir ki, biz sizin adınızı daşıyırıq. Hətta sərhəddən kənarda da adımı daşıyan minlərlə insan var. Mən bununla fəxr edirəm, qürurverici bir haldır.

Bir dəfə Bəxtiyar Vahabzadə mənə zəng vurub dedi ki, ay qızım, televiziyada Şəbnəm adında kimsə oxuyur, soyadını da qeyd etdirməyib...

O məsələdən sonra mən belə qərara gəldim ki, adımı “İlk Şəbnəm” olaraq qeydiyyatdan keçirim. Çünki hər kəs adımı götürüb, özününküləşdirib fəaliyyət göstərir.
Amma xalq məni sevir və ilk Şəbnəm olaraq da məni qəbul edir.

Məsələn, müğənni Şəbnəm Tovuzlunun anası mənim fanatım olub və qızına da bu adı qoyub”.


Müğənni deyir ki, Şəbnəmlərin çoxluğunu nəzərə alaraq, bu yaxınlarda Əqli Mülkiyyət Agentliyinə müraciət edib ki, “İlk Şəbnəm” adını patentləşdirsin:

“Çünki Şəbnəm deyiləndə insanlar o saat ilk olaraq məni yadlarına salırlar. Daha demirlər ki, hansı Şəbnəm?

Məsələn, biri deyir ki, “adım Vüsalə idi, atam sizi səhnədə görəndə Vüsalə adını sildirdi, Şəbnəm yazdırdı”. Bu kimi insanlar danışanda mən qürurlanıram. İnsanlar məni sevərək, bu addımı atırlar. Ad olaraq qoyurlarsa, halal xoşları olsun.

Yenə də söyləyirəm bütün Şəbnəmlərə halallıq verirəm. Amma bunu da bilsinlər ki, ilk Şəbnəm mənəm”.

Əməkdar artist deyib ki, bəzi ara qarışdıranlar onun adından istifadə etməklə qalmaqal yaratmağa çalışırlar:

“Elə bil ki, yazmağa, danışmağa mövzu tapmırlar. O qədər mövzu var ki, nə düşmüsünüz mənim üstümə?


Bir fikirləşsinlər də, hansısa valideyn xoşuna gəlməyən insanın adını övladına qoyarmı? Öz nəslindən olan nənəsinin adını qoymur, mənim adımı qoyur. Mən buna o qədər sevinirəm ki, xalq məni sevir və övladının adını Şəbnəm qoyur. Bəziləri görür ki, mən safam, gözələm, əxlaqlı ailədənəm, paxıllıqdan qalmaqal yaratmağa can atırlar.


Görürsünüz ki, indikilər hamısı cavan Şəbnəmlərdir. Məndən sonra 1 milyon Şəbnəm də olsa, məndən qabaq heç 2 dənə Şəbnəm tapmazsınız.


Mən camaatın üstünə gedə bilmərəm ki, niyə övladlarınıza bu adı qoyursunuz? Axı qayıdıb deyərlər ki, biz səni sevərək, bu adı qoymuşuq.


Bu yaxınlarda İmişlidə qonaq oldum. İki əmiqızı gəldi oturdu yanımda, ikisinin də adı Şəbnəm idi. Necə gözəl hissdir ki, eyni nəsildə mənim adımı iki nəfər daşıyır.


Yəni mən o qədər pis adam deyiləm ki, kiməsə deyim ki, get adını dəyiş. Əslində mən bir dəfə istədim ki, özümə başqa səhnə adı götürüm, gördüm ki, hər kəs inciyir. Şəbnəm Tovuzlu dedi ki, “axı mənim anam sizin fanatınız olub, adınızı dəyişməyin”.


Bir daha deyirəm, fəxr edirəm ki, mənim adımı daşıyan minlərlə insan var. İçərilərində tanınmışları da çoxdur. Hər kəsə də uğurlar arzulayıram, ancaq mənimlə işləri olmasın”.


aia.az



587 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031