Mobil versiya
142 saylı məktəbin “təbilçi” direktoru
Tarix: 22-01-2016 | Saat: 14:03
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər

142 saylı məktəbin “təbilçi” direktoru

Gülnaz Abdullayeva əvvəllər nağara ifaçılığı ilə məşğul olub və həm də, bu sənətilə Bakı kəndlərində kifayət qədər tanınıb
image here
Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri son dərəcə təqdirə layiqdir. Lakin biz dəfələrlə öz yazılarımızda belə fikri də vurğulamışıq ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımları davam edir. Redaksiyamlza daxil olan məlumatlara görə, bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbdir. Bu xüsusda aldığımız açıqlamalarda məktəbin direktoru Gülnaz Abdullayevanın fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallardan bəhs olunur. Məlumatlarda xüsusilə vurğulanan məqamlardan biri, direktorun məktəbə işə qəbul məsələlərində yol verdiyi özbaşınalıqlarla bağlıdır. Bu xüsusda mənbə bildirir ki, Gülnaz Abdullayeva öz “namizədlərini” Təhsil Nazirliyinin orta məktəblərə işə qəbulla bağlı irəli sürdüyü tələb və qaydaları kobud şəkildə pozaraq, hətta müvafiq dövlət imtahanlarından keçirmədən işə götürür. Mənbənin sözlərinə görə, işə qəbulla bağlı maxinasiyalar bu məktəbdə ən müxtəlif formalarda təzahür etməkdədir. Həmçinin məlumatlarda diqqət mərkəzinə çəkilən əsas məqamlardan biri də bu təhsil müəssisəsində dərslərə davamiyyətin son dərəcə aşağı səviyyədə olması ilə bağlıdır. Əlbəttə ki, bu məktəbdə də problemin kökündə əsasən yuxarı sinif şagirdlərinin ali məktəbə hazırlıq kurslarına, repetitor məşğələlərinə getmələri durur. Aldığımız məlumata görə, 142 saylı məktəbin direktorunun yaratdığı şərait sayəsində, burada şagirdlər müəyyən məbləğdə pul ödəmək müqabilində “aylığa” buraxılırlar. Ümumiyyətlə, açıqlamalarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 142 saylı məktəbdə müxtəlif rüşvət yığımları mütəmadi olaraq həyata keçirilir. Maraqlıdır ki, bu orta təhsil müəssisəsində məktəbin şagirdlərindən başqa, müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər pul yığılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu 500 manat civarında müəyyənləşdirilib. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatdırılır. Əslində bu gün şəhər və rayonlarımızın orta məktəblərində min bir səbəb və bəhanələrlə mütəmadi yığılan külli miqdarda vəsaitlərin sadəcə rüşvət pulları olduğunu hamımız bilirik. Lakin hamımız da bu rüşvəti verməyə davam edirik. Səbəb isə budur ki, əksəriyyətimiz etirazlarımızın hansısa müsbət nəticə verəcyinə əmin deyilik. Məhz bu səbəbdən də, bu gün orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Sonda, 142 saylı məktəbin direktorunun bir müddət əvvəl məşğul olduğu son dərəcə maraqlı peşə fəaliyyətilə bağlı aldığımız açıqlamanı da oxucularımızla bölüşmək istərdik. Həmin açıqlamaya görə, Gülnaz Abdullayeva əvvəllər nağara ifaçılığı ilə məşğul olub və həm də, bu sənətilə Bakı kəndlərində kifayət qədər tanınıb. Mənbə bildirir ki, bir vaxtlar Maştağa, Bilgəh, Pirşağı və bir çox digər kəndlərdə təşkil olunan qız toyları, çox nadir hallarda Gülnaz Abdullayevanın iştirakı olmadan keçərmiş...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024