Mobil versiya
Yardımlıda “kombayn üsyanı” – “Bizi aldatdılar, məhsulumuz məhv oldu”
Tarix: 05-07-2019 | Saat: 13:47
Bölmə:Manşet / Ölkə | çapa göndər

Yardımlıda “kombayn üsyanı” –



Yardımlı rayonunda buğda biçinində ciddi problem yaranıb. Lazımı texnikanın yoxluğu məhsulların məhv olmasına, əhalinin ciddi narazılığına səbəb olub. Bu barədə BakuPost-a yerli məlumat verib. Onların sözlərinə görə, aidiyyəti qurumlar taxıl əkməyi tövsiyə ediblər və texnika ilə bağlı heç bir problemin yaşanmayacağına söz veriblər: "Əkin vaxtı hamını arxayın saldılar ki, problem olmayacaq. Camaat da xərc çəkib buğda əkdi, indi onu biçmək üçün kombayn yoxdu. Hara müraciət edirik, deyirlər, "gözlə”. Biz gözləyirik, amma axı, məhsul gözləmir, tökülüb gedir – məhv olur”.
Aidiyyəti qurumların səhlənkar münasibəti sakinlərin hiddətinə səbəb olub və bir neçə kəndin sakinləri İcra Hakimiyyətinə gedərək, rayona texnikaların gətirilməsi tələb ediblər. İcra başçısı problemin yaxın günlərdə həllini tapacağına söz verib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynov BakuPost-a açıqlamasında bildirib ki, məsələ nəzarətdədir: "Dağlıq yer olduğu üçün orada yeni texnikalar işləyə bilmir. Buna görə də məcbur qalıb qonşu rayonlarda ora köhnə kombaynlar göndəririk. Yəqin yaxın günlərdə məsələ həllini tapacaq”.

Qeyd edək ki, kənd təsərrüfatı sahəsinin inkişafı dövlətin prioritet məsələsi olsa da, məhsulların istər becərilməsi, istər onun satışı sahəsində ciddi problemlər var. Aidiyyəti qurumların səriştəsizliyi ucbatından rayon yerlərində kənd təsərrüfatı sahəsində baş vermiş canlanmanı məhv edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024