Mobil versiya
Ukraynada bu azərbaycanlılar deputat seçilə bilərlər - ADLAR
Tarix: 04-07-2019 | Saat: 15:49
Bölmə:Siyasət | çapa göndər

Ukraynada bu azərbaycanlılar deputat seçilə bilərlər -


İyulun 21-də Ukraynada Ali Radaya npvbədənkənar seçkilər keçiriləcək. Ukrayna prezidenti Vladimir Zelenski mayda parlament səlahiyyətlərinin vaxtından qabaq sona çatdığını bildirib və yeni seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

Bəzi ekspertlərin fikrinə görə, payıza qədər reytinqinin aşağı düşmə ehtimalını nəzərə alan Zelenski, Ali Radanın buraxılmasına nail olmaqla, öz populyarlığını çoxsaylı parlament fraksiyasına transformasiya etmək istəyir.


Vaxtından əvvəl keçiriliməsi rezonans doğuran seçkilərdə Ukraynada yaşayan azərbaycanlılar hansı partiya və ya siyasi qüvvəni dəstəkləyəcəklər?

Bu barədə Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev Modern.az-a danışıb.



“Baxmayaraq ki, seçki proseslərində aktiv iştirak edirik, amma çox təəssüf ki, əsas qüvvələrlə danışıqlar zaman onlardan azərbaycanlıların böyük diasporuna layiq olan yeri ala bilmədik. Hər zaman Ukrayna Millətlər Asambleyasının rəhbəri kimi çıxış edərək millətlərin ictimai-siyasi həyatında intensiv inteqrasiyası məsələsini dövlət səviyyəsində qaldırmışam. Timoşenkonun, Meşkovun, Poroşenkonun partiyası ilə danışıqlar zamanı hər dəfə vurğulamışam ki, sizin qüvvələri dəstəkləməyimizi istəyirsinizsə, ən azı bir nəfər azərbaycanlı siyahıda olsun. Çünki hər kəs gəlib Azərbaycan diasporunun böyüklüyünü vurğulayır, amma bizə parlamentdə yer verilmir. Azərbaycan diasporu Ukraynadadakı ən güclü diaspordır. Bütün böyük dövlətlərlə sıx əlaqəmizin olmasına baxmayaraq, siyahıda bizə yer ayırmırlar. Dövlət orqanları, işgüzar dairələrlə də çox sıx əlaqələrimiz mövcuddur”.


Rövşən Tağıyev deyir ki, onun rəhbəri olduğu diaspor təşkilatı heç bir partiyaya dəstək verməyəcək:


“Bütün bu səbəblər heç bir siyasi qüvvəni dəstəkləməməyimizə gətirib çıxarır. Amma azad imkan yaratmışıq ki, regionlarda olan müstəqil təşkilatlarımız kimlərlə yaxındırlarsa, onlara özləri könüllü olaraq dəstək versinlər.
Soydaşımız Rəmzi Rzayev Krivoy Roq şəhərində, Fəxrəddin Muxtarov Poltava vilayətində parlamentə majoritar qaydada öz namizədliyini irəli sürüb. Onu da deyim ki, şansları böyükdür. Rəmzi Rzayevin Krivoy Roqda çox böyük hörməti var, Fəxrəddin Muxtarov da iki dəfə vilayət deputatı seçilib. Bu dəqiqə hər birimiz öz potensialımızı yönəltməliyik ki, Fəxrəddin Muxtarov parlamentə seçilsin. Bilirsiniz ki, azərbaycanlılar Ukraynanın eyni bölgəsində sıx yaşamırlar, müxtəlif vilayətlərdə azərbycanılara rast gəlmək mümkündür.
Seçki regional olduğundan yalnız həmin ərazidə yaşayan insanlar səs verə bilər. Baxmayaraq ki, Fəxrəddin Muxtarovun öz dairəsində azərbaycanlılar az yaşayır, amma yerli əhali arasında o deputat kimi böyük hörmət qazanıb. Partiyaların bizə yer ayırmamağına rəğmən, inanırıq ki, azərbaycanlılardan kimsə parlamentə düşə biləcək”.


AZƏRTAC-ın Ukraynadakı müxiri Emil Hüseynlinin verdiyi məlumata görə, iyulun 21-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək soydaşlarımızın sayı təkcə yuxarıda adı çəkilən iki nəfrələ məhdudlaşmır.


Belə ki, Ukraynanın beşinci Prezidenti Petro Poroşenkonun rəhbərlik etdiyi Avropa həmrəyliyi partiyasının təqdim etdiyi ilkin siyahıda Dnepr şəhərindən olan gənc həmyerlimiz Dinarə Həbibullayevanın adı 36-cı yerdədir.

Seçkilərdə iştirak edəcək digər həmyerlimiz tanınmış cərrah-həkim İsgəndər İsgəndərovdur. Əslən Qazax rayonundan olan həmyerlimiz 35 ildir Ukraynanın Pavloqrad şəhərində yaşayır. 4 saylı Pavloqrad şəhər xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışan İ.İsgəndərov nüfuzlu həkim kimi majoritar qaydada namizədliyini irəli sürüb.


Prezident Vladimir Zelenskinin rəhbəri olduğu Xalqın xidmətçisi partiyasının siyahısında 116-cı yerdə həyat yoldaşı azərbaycanlı olan İrina Allahverdiyevanın da adı var. Bundan başqa, partiyada 170-ci sırada 30 ildən artıq Ukraynada iş adamı kimi tanınan Nəsib Rəhimovun həyat yoldaşı Anastasiya Rəhimovanın adı da yer alıb.

Namizədlərin qeydiyyat müddəti iyunun 20-də bitib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024