Mobil versiya
Hacı Mazanın son durumu necədir?
Tarix: 03-07-2019 | Saat: 12:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hacı Mazanın son durumu necədir?


Xəbər verdiyimiz kimi, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Biləsuvarda qəzaya düşüb. Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və əməliyyat olunub.

aia.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasından Unikal.org-a bildirilib ki, hazırda R.Zeynalov reanimasiya şöbəsindədir:

"Klinikaya daxil olarkən onun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı sınıqlar var idi. Həmçinin kəllə-beyin travması almışdı. Xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır idi. Klinikamıza yerləşdirilərkən dərhal cərrahiyə şöbəsində əməliyyata alındı. Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altındadır. Hazırda vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur. Hələ də reanimasiya şöbəsindədir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024