Mobil versiya
Ayağı, başı bədənindən ayrı dəfn edilənlər… - Din buna necə baxır?
Tarix: 02-07-2019 | Saat: 14:45
Bölmə:Gündəm | çapa göndər

Ayağı, başı bədənindən ayrı dəfn edilənlər… -


Tarix boyu döyüşlərdə iştirak etmiş elə şəxslər olub ki, öldüyü zaman bədəninin itirilmiş hissəsi vuruşduğu ərazidə, bədəni isə doğulduğu məkanda dəfn edilib. Bəzən isə belə hadisə itirilmiş bədən üzvü ilə bağlı olmayıb. Hansısa hökmdarın bir ərazidə öldüyünü bildirmək üçün məqsədyönlü şəkildə addım atılıb. Məsələn, Osmanlı hökmdarı Sultan Süleyman Macarıstanda vəfat etdiyi üçün ürəyini orada, bədənini isə İstanbulda dəfn ediblər.


Azərbaycanda Aprel şəhidi Cabbarxan Hacıağayev Lələtəpə uğrunda gedən döyüşdə ayağının birini orada itirib. Onun bədənindən ayrılan ayağı Lələtəpədə, bədəni isə doğulduğu Xocəsən ərazisində dəfn olunub. Bəs bu hal İslami yanaşmadan baxıldıqda düzgündürmü?
Mövzu barədə ilahiyyatçı Hacı Surxay Məmmədli Modern.az-a danışıb:
“Tarix boyu şəxsiyyətlər olub ki, onların bədənlərinin bir hissəi müxtəlif yerlərdə dəfn olunub. Yəni başı bir yerdə, ürəyi bir yerdə, bədəni baqşa yerdə. Bu vizual görüntüdür. Sadəcə bir insanın iştirak etdiyi müharibələrin nəticəsində, verdiyi mücadilələrin nəticəsində bədən üzvləri bir-birindən ayrılır və döyüş olan ərazilərdə dəfn edilir. Önəmli olan bu deyil. Önəmli olan odu ki, insan nəyin uğrunda müharibə və mücadilə apararaq dünyasını dəyişib. Yəni cisim maddidir. Maddi aləmdə hesabat yoxdur. Hesabat ancaq axirət dünyasındadır. Mən elə hesab edirəm ki, insan nəyin uğrunda mübarizə və mücadilə aparıbsa, onun hesabatı önəmlidir. Bədən çürüyüb gedər. Çünki ərazi, yer, kainat Allahındır. Dəfn olnmasından aslı olmayaraq insanın əməlləri məhşərə gələcək və onun hesabatı Axirətdə əməllərlə olacaq. Bizim bir maddi, bir də Axirət aləmimiz var. Maddi aləm deyil, bizim üçün Axirətdə verəcəyimiz hesabatlar əsasdır”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024