Mobil versiya
Naqif Həmzəyev: AŞPA-nın yay sessiyasında Azərbaycanda gedən islahatlar yüksək qiymətləndirilib
Tarix: 01-07-2019 | Saat: 12:19
Bölmə:Siyasət | çapa göndər

Naqif Həmzəyev:


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2019-ci il qış sessiyası kimi yay sessiyası da uğurlu olub. Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib, deputatlarımız müzakirələrdə fəal iştirak edib, çıxışları ilə bizi maraqlandıran məsələlərə mövqelərini bildiriblər.

Bunu Trend-ə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, sessiya çərçivəsində Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər məsələsinə həsr edilmiş “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib: "Nümayəndə heyətimizin üzvləri azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verib, bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlanıb. Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb, qurumun internet səhifəsində yayılıb. Həmçinin azərbaycanlı girovların səhhətlərindəki problemlər nəzərə alınaraq təcili tədbir görülməsi ilə bağlı çağırışlar edilib".

N.Həmzəyev qeyd edib ki, sessiyada Azərbaycan hökuməti nümayəndələrinə ölkəmizdə davam edən islahatlara dair müvafiq perspektivləri bölüşmək imkanı yaradılıb: "İştirakçılara ölkəmizdə hüquq, məhkəmə və penitensiar sistemdə, sosial sahədə həyata keçirilən islahatlardan, gənclər siyasəti, uşaq və qadın hüquqları, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədi ilə imzalanmış sərəncam və fərmanlardan, ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin inkişafından söz açılıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə fəaliyyəti təkmilləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, infrastruktur müasirləşdirilir. Ölkədə bu sahədə görülən işlər fəaliyyətin yüksək səviyyədə təşkilinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə verib. Bildirilib ki, vətəndaşların hüquq və azadlıqlarının tam təmin edilməsi ölkəmizdə həyata keçirilən islahatların ümdə məqsədidir. Tədbir iştirakçıları Azərbaycanda gedən islahatları yüksək qiymətləndiriblər".

Deputat əlavə edib ki, sessiyada qaçqın və məcburi köçkün məsələsinin həlli ölkəmiz üçün böyük əhəmiyyət daşıdığı da diqqətə çatdırılıb: "Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və hökumətimizin həyata keçirdiyi layihələr, gördüyü tədbirlər, onların yerləşdirilməsi üçün yeni yaşayış məntəqələrinin salınması barədə ətraflı məlumat verilib. Həmçinin, qeyd edilib ki, doğma yurdundan didərgin düşmüş insanlar daim öz doğma yurdlarına dönmək ümidi ilə yaşayırlar.
Nümayəndə heyətimizin üzvləri “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” "Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbul etmə prosesinin gücləndirilməsi", “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət”, “Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə fəallıq göstəriblər. Deputatlarımız çıxış edərək, Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulmuş və pozulmaqda davam edən yüz minlərlə Azərbaycan qadınının qayğılarından, Avropa ölkələrində bu və ya digər şəkildə hüquqları pozulan qadınların fonunda azərbaycanlı məcburi köçkün və qaçqın qadınların üzləşdikləri haqsızlıqlar ox sönük göründüyünü qeyd ediblər. Bildirilib ki, Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edilməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə məruz qalıb. Ermənistan yüzlərlə azərbaycanlı əsir və girovu, o cümlədən qadınları dözülməz şəraitdə saxlayıb, məcburi əməyə cəlb edib və digər zorakılıq əməllərinə məruz qoyub".

N.Həmzəyev bildirib ki, sessiyada təcavüzkar Ermənistanın AŞPA nizamnaməsi və qaydalarına zidd fəaliyyətlərindən də danışılıb. qeyd edilib ki, Ermənistan ötən illərdə sistemli şəkildə Parlament Assambleyasının müəyyən məruzələrinin hazırlanmasına açıq şəkildə müqavimət göstərib, maneçiliklər törədib, qəbul edilmiş qətnamələrə qətiyyən məhəl qoymayıb, illər boyu onları yerinə yetirməkdən imtina edib:

"Nizamnaməsinə üzv dövlətin belə açıq hörmətsizlik göstərməsinə Avropa Şurası dözüb, dözməkdə davam edir. Bütün bunlardan sonra təşkilatda böhranların ardı-arasının kəsilməməsi, arzuolunmaz proseslərin ardıcıl başlaması təəccüb doğurmur.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan və hər sessiyada ölkəmizin imicini ləkələməyə çalışan erməni deputatı yenə də yalanlarla dolu çıxış etmək istəsə də, konfransın sədri onu dayandırıb. AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin üzvü, Polşadan olan deputat Killion Munyama ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı son yeniliklərlə maraqlanıb.

Ermənistan nümayəndə heyətinin üzvləri onlara xas riyakarlıqla Azərbaycan və Türkiyə əleyhinə yalan və iftiralarla dolu çıxışlar ediblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu saxtakarlıqları və böhtanları ifşa edib və belə məzmunlu çıxışların növbəti dəfə işğalçı Ermənistanın və onu təmsil edən deputatların məyusedici davranışlarının yeri olmadığını diqqətə çatdırıblar".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024