Mobil versiya
Daşkəsəndə diametri 12 mm olan dolu düşüb
Tarix: 1-07-2019, 10:18 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Daşkəsəndə diametri 12 mm olan dolu düşüb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumatda bildirilir ki, iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Xaltan, Qrızda 37 mm (aylıq normanın 41 %-i), İsmayıllıda 34 mm, Göyçayda 24 mm (aylıq normanın 53 %-i), Qəbələdə 18 mm (aylıq normanın 16 %-i), Şamaxıda 18 mm (aylıq normanın 29 %-i), Xaçmazda 17 mm (aylıq normanın 93 %-i), Astarada 16 mm (aylıq normanın 35 %-i), Altıağacda 14 mm, Daşkəsən, Qusar, Sarıbaşda 13 mm, Lerik, Ağsu, Yevlaxda 11 mm, Kişçay (Şəki), Lənkəranda 10 mm, Xınalıq, Mərəzə, Ağdam, Gədəbəydə 9 mm, Şabran, Yardımlıda 8 mm, Zaqatala, Tərtərdə 6 mm, Şahdağda və Şəkidə 5 mm, Ağdərə (Ordubad), Quba, Bərdədə 4 mm, Göygöl, Oğuzda 3 mm, Ağstafa, Gəncə, Naftalan, Tovuzda 2 mm, Şahbuz, Şəmkir, Balakən, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Nabranda 0.5-1 mm yağış yağıb.

30 iyun 20:35-20:45 radələrində Daşkəsəndə diametri 12 mm olan dolu düşüb.

Qərb küləyi Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,8 metrə çatıb.

Temperatur iyunun 30-da Bakıda iqlim normasından 0,4 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-28, Aran rayonlarında 26-32, dağlıq rayonlarda 14-19, Naxçıvan MR-da 30-34 dərəcə isti təşkil edib.


aia.az



549 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031