Mobil versiya
“Azərbaycan münaqişələrin həlli üçün vasitəçi olmağa hazırdı” - DEPUTAT
Tarix: 28-06-2019 | Saat: 15:38
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan münaqişələrin həlli üçün vasitəçi olmağa hazırdı”


“Son vaxtlar ABŞ-la İran, Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi, eyni zamanda Ermənistanda yaranmış özbaşınalıq, atəşkəsin pozulması regionda inkişafa zərbədir”.

Bunu Modern.az-a Milli Məclisin deputatı Tahir Rzayev bildirib.


Deputat deyib ki, baş verən hadisələr heç də Azərbaycanın xeyrinə deyil.

“Ermənistan istisna olmaqla ölkəmizi qonşu dövlətlərlə sıx iqtisadi-siyasi əməkdaşlıq əlaqələri birləşdirir. Buna görə ölkə rəhbəri İlham Əliyev xalqımızın mənafeyi naminə Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin qorunub-saxlanmasına böyük önəm verir. Qaz, neft, nəqliyyat sisteminin fəaliyyətinin təmin olunmasında başlıca amil - sabitlik, mehriban qonşuluq Azərbaycanın siyasi xəttinin başlıca istiqamətidir. Bu, nəinki Cənubi Qafqaz xalqları, eləcə də dünya ictimaiyyəti üçün faydalıdır. Azərbaycanın xarici müdaxilələrdən əziyyət çəkməsinə, torpaqlarının bir hissəninin işğal olmasına, Ermənistanla müharibə şəraitində yaşamasına baxmayaraq, yenə də sülhün, əmin-amanlığın, qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarıdır. Yürüdülən sistemli siyasi xətt, respublikada keçirilən bir çox beynəlxalq səviyyəli humanitar tədbirlər bunun əyani ifadəsidir”.

Tahir Rzayev bildirib ki, Azərbaycan münaqişələrin baş verməməsi üçün hətta həmin ölkələrin arasında vasitəçilik missiyasını belə öz üzərinə götürməyə hazırdır:



“Rusiya və Türkiyə arasında yaranmış narazılıqlar zamanı göstərilən səmərəli təşəbbüslər buna bariz nümunədir. Ölkədə yaradılan ictimai-siyasi sabitlik bizim ən böyük nailiyyətimizdir. Bu sabitliyin qorunub-saxlanılması ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması, eləcə də ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi üçün lazımdır”.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024