Mobil versiya
İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR
Tarix: 27-06-2019 | Saat: 14:33
Bölmə:Gündəm | çapa göndər

İşə düzəlməklə bağlı



Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məclləsinə dəyişiklik layihəsi müzakirə olunub.



Modern.az xəbər verir ki, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması ilə bağlı cəzanın tələblərinin sərtləşdirilməsi ilə bağlıdır.



Məcəllənin 576-cı (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması) maddəsində edilən dəyişikliyə əsasən, Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.



Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xaricdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.



Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024