Mobil versiya
Bakıda şagirdin anası müəlliməni döydü
Tarix: 21-01-2016 | Saat: 13:29
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Bir neçə gün əvvəl Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə döyülüb.

Aia.az-in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində bildirilir. Verilən məlumata görə, məktəbin müəllimi Xuraman Quliyeva naməlum şəxs tərəfindən döyülüb. Kimliyi bəlli olmayan şəxs məktəbə daxil olub və müəllimi döyüb. Yaranmış səs-küyə çıxan müəllimləri görən həmin şəxs hadisə yerindən qaçıb.

Məsələ ilə əlaqədar məktəblə əlaqə saxladıq. Z.Əhmədov adına 64 saylı orta məktəbin direktoru Rəfael Mehtiyev BAKU.WS-ə bildirdi ki, hadisə dekabr ayının 28-də baş verib. Direktorun sözlərinə görə, müəllimi şagirdin anası vurub.

"Əslində döyüb demək də olmaz. Sadəcə hadisəni şişirdirlər. Valideynlə müəllimənin arasında inciklik olmuşdu. Valideyn də məktəbə gələrək onunla dalaşıb. Sonra məsələ həllini tapıb. Onlar barışıblar. Problem də həll edilib”, - deyə Rəfael Mehtiyev bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024