Mobil versiya
ADAU-da 26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirilib - FOTOLAR
Tarix: 25-06-2019 | Saat: 16:06
Bölmə:Təhsil | çapa göndər

ADAU-da 26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirilib




Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin “İctimai elmlər və Multikulturalizm” kafedrası 26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib.

“İctimai elmlər və Multikultrualizm” kafedrasının müdiri, professor Azad Bayramov deyib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.

“İctimai elmlər və Multikulturalizm kafedrasının” müəllimlərindən dosent Ə.Kazımov, baş müəllim A.Axundov çıxış edərək Silahlı Qüvvələrimizin keçmişi və bu günü haqqında ətraflı danışıblar. Düşmən tapdağı altında olan ərazilərimizin tezliklə işğalçılardan azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.

aia.az






aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024