Mobil versiya
Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı günü” təşkil olundu - FOTOLAR
Tarix: 25-06-2019, 11:17 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı günü” təşkil olundu




İyunun 24-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İN və MŞ) üzvləri, KİV nümayəndələri, valideynlərin iştirakı ilə 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına dair növbəti “Açıq qapı” günü keçirildi.“Açıq qapı” günü keçirməkdə məqsəd imtahanların və yekun Dövlət Attestasiyalarının şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir.

Müşahidəçiləri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qəbul etdi və onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər və imtahanlar barədə məlumat verdi. Bildirdi ki, imtahanların şəffaf keçirilməsi üçün universitetdə bütün lazımi şərait yaradılıb. Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. SDU-da semestr imtahanları yazılı şəkildə və mərkəzləşdirilmiş qaydada keçirilir. Universitetdə Operativ Qərargah və “Qaynar xətt” fəaliyyət göstərir. Universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Qiymətlərindən narazı olan tələbələr apelyasiya komissiyasına ərizə ilə müraciət edir.Tələbələrin şikayəti və müraciəti dərhal icra olunur. Mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Bütün bunlar şəffaflığın artırılması, tələbələrin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaqdır.

Nümayəndə heyəti auditoriyalarda imtahanların gedişini izlədi, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə etdilər.Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildirdilər və universitetin rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.

Sonra İN və MŞ-nın üzvləri bakalavr və magistratura pillərində yekun Dövlət Attestasiyasının gedişini izlədilər.Obyektivliyi və aşkarlığı təmin etmək məqsədilə tələbə və magistrantların müdafiəsi və Dövlət İmtahanları ictimaiyyətə açıq keçirildi.Mühəndislik fakültəsinin magistrantı Xanım Tacirlinin “Sonlu avtomatlarla təchiz olunan çevik istehsal modulunun Petri şəbəkəsi ilə tətbiqinin model və alqoritmlərinin işlənməsi”, İqtisadiyyat və idarəetmə fakültəsinin magistrantı Ruhid Məmmədzadənin “ Müasir dövrdə Azərbaycan Respublikasının Gömrük siyasətinin təkmilləşdirilməsi problemləri və istiqamətləri”, Riyaziyyat fakültəsinin magistrantı Lamiyə Hümbətovanın “Hiperbolik və Parabolik tip xüsusi törəməli diferensial tənliklər üçün ümumiləşmiş həllin təyini” üzrə dissertasiya işlərinin müdafiəsində iştirak etdilər. Eyni zamanda Dövlət imtahanlarının gedişi Mühəndislik fakültəsinin 681, İqtisadiyyat və idarəetmə fakültəsinin782, Riyaziyyat fakültəsinin 483, Tarix və coğrafiya fakültəsinin 882 saylı qruplarda izlənildi.

Hər bir iddiaçı yüksək elmi müzakirə şəraitində verilən sualları cavablandırdı. Komissiyanın ümumi rəyi əsasında təqdim olunan dissertasiyalar müsbət qiymətləndirildi.

Tələbə və magistrantlar da təhsil aldıqları müddətdə göstərilən diqqət və qayğıya görə universitetin rektoru professor Elxan Hüseynova, elmi rəhbərlərinə və professor-müəllim heyətinə dərin təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri mütəmadi olaraq imtahanın sessiyasını gedişini izləyirlər.

aia.az







5101 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031