Mobil versiya
Azərbaycan və Türkiyə e-hökumət sahəsində əməkdaşlıq edəcək
Tarix: 24-06-2019 | Saat: 17:52
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan və Türkiyə e-hökumət sahəsində əməkdaşlıq edəcək


Bu gün Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.



"Bakupost”un məlumatına görə, Niyyət Protokolu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək üçün tərəfdaş qurumlar arasında bacarıqların artırılması, o cümlədən qabaqcıl təcrübələrin paylaşılması, mütəxəssislərin mübadiləsi və birgə araşdırmaların aparılması nəzərdə tutulur. Həmçinin ekspert məsləhətləşmələri və texniki yardımın, təhsil proqramları, təlimlər, ixtisaslaşdırılmış kurslar və digər vasitələrlə insan resursları bacarıqlarının artırılması məsələləri həyata keçiriləcək.



Tərəfdaşlar Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın və qardaşlıq əlaqələrinin gücləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bu sənədin əhəmiyyətini vurğulayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024