Mobil versiya
Telman İsmayılovun oğlunun Monteneqrodaki kazinosuna həbs qoyuldu
Tarix: 24-06-2019, 17:50 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Telman İsmayılovun oğlunun Monteneqrodaki kazinosuna həbs qoyuldu


Moskvadakı "Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun aktivlərinə Monteneqroda həbs qoyulub.

"Kommersant” xəbər verir ki, T.İsmayılov uzun illər öncə BM-Bankda (VTB-yə 100 faiz məxsus olan keçmiş "Bank Moskva”) iri məbləğdə kreditlər alıb və geri qaytarmayıb.

Podqoritsa (Monteneqro) şəhərinin ümumi məhkəməsi VTB-nin hüquqşünaslarının ərizəsini təmin edərək, "Montenegro Management Group d.o.o.” (MMG) şirkətində Ə.İsmayılova məxsus səhmlərin 100 faizinə həbs qoyulması haqqında qərar qəbul edib.
Bundan başqa, "Casino Avala Budva d.o.o” şirkətində MMG-yə məxsus səhmlərin 50 faizinə təminedici tədbirlər tətbiq edib. "Casino Avala Budva d.o.o” Budva şəhərində eyniadlı kazionun balans saxlayıcısıdır. Həmçinin, daha bir şirkətin – "Sanata d.o.o.”nun 20 faiz səhminə həbs qoyulub. Ə.İsmayılov həmin şirkətin baş direktoru və şərikidir.

Monteneqroda oyun biznesi ilə məşğul olan Ə.İsmayılovun problemləri atasına görə yaranıb. "BM-Bank” 2012-2014-cü illərdə T.İsmayılovun şirkətlərinə - "Ruslayn 2000” MMC və "Tropicano Finance B.V” (Niderland) - 230 milyon dollardan artıq məbləğdə üç kredit verib.
Kreditlər üzrə zaminlər qismində İsmayılovun özü və Kiprin "Tandum Ltd” şirkəti çıxış ediblər. Sonuncu İsmayılovun nəzarətində olub. Borclular tədricən kreditlərə xidmət göstərməyi dayandıraraq, banka 15 milyon rubldan artıq borclu qalıblar.
"BM-Bank”ın hüquqşünasları müəyyənləşdiriblər ki, "Tandum Ltd” şirkəti Ə.İsmayılova aktiv şəkildə kredit verib. O, bir neçə il ərzində borc qismində 12,3 milyon dollar alıb və qaytarmayıb. Hazırda onun "Tandum” qarşısında borcu yığılan faizlər nəzərə alınmaqla, 19,2 milyon dolları ötüb. Bu borcun ödənilməsi çərçivəsində Ə.İsmayılovun aktivlərinə həbs qoyulub.


aia.az



580 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
15-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031