Mobil versiya
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədov Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən kütləvi tədbirdə iştirak edib
Tarix: 24-06-2019 | Saat: 12:21
Bölmə:Gündəm | çapa göndər

"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədov Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən kütləvi tədbirdə iştirak edib



Bu gün Nurlan Əsgərlinin, Mübariz İbarahimovun Qarabağ torpaqları uğurunda tökülən qanlarının hər damlasından yüzlərlə Nurlanlar, Mübarizlər doğulacaq - Faiq ƏHMƏDOV


İyunun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 26-iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş kütləvi tədbir keçirib.

Emtv.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev, Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, şəhid Nurlan Əsgərlinin valideynləri, "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədov, “Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev də iştirak ediblər.

Həmçinin gənclərin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, veteranların və hüquq-mühafizə orqanlarını təmsil edən məsul vəzifəli şəxslərin qatıldığı tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Daha sonra Masallı rayon Mədəniyyət Mərkəzində Dövlət Himninin ifası ilə başlayan tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla anılıb.

Onu da qeyd edək ki, tədbirdə çıxış edənlər arasında, şəhid Nurlan Əsgərlinin anası Ziba xanım Əsgərova öz çıxışı zamanı şəhid ailələrinin dövlətin qayğısı ilə əhatə olunduğunu, bir oğlunu vətən uğrunda itirsə də minlərlə oğul qazandığını bildirib.

Tədbirdə şəhid Nurlan Əsgərlinin valideynləri, Qarabağ müharibəsi veteranı Şöhrət Novruzov, Masallı şəhər 6 saylı tam orta məktəbin hərbi rəhbəri Cəmaləddin Məmmədov və həmin məktəbin şagirdi Mirəli Bağırov SHXÇDX tərəfindən diplom və plaketlə təltif ediliblər.

Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram tədbir iştirakçılarına təqdim olunub.

Hərbi-vətənpərvər ruhda mahnıların ifaçısı Şəmistan Əlizamanlının, həmçinin özfəaliyyət kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda EsmaMedia TV internet kanalının əməkdaşları şəhid Nurlan Əsgərlinin anası Ziba xanım Əsgərovadan və "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədovdan müsahibə alıblar.

Faiq müəllim öz müsahibəsində aşağıdakıları deyib:“İlk növbədə qarşıdan gələn 26-iyun Silahlı Qüvvələr Günü münasibətilə möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi, şanlı Azərbaycan Ordusunu və bütün xalqımızı öz adımdan və rəhbərlik etdiyim "Azərbaycanın Səsi" İctimai Birliyi adından səmimi qəlbdən təbrik edirəm.

Bu günkü tədbirə gəlincə isə, ilk öncə mənidə dəvət etdiklərinə görə Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edib bir daha şəhidimiz Nurlan Əsgərlinin simasında bütün şəhidlərimizə Uca tanrıdan rəhmət diləyirəm.

Qoy düşmən bir şeyi bilsin ki, Nurlan Əsgərlinin, Mübariz İbarahimovun simasında bizim şəhidlərimiz ölməyiblər. Onlar bizim aramızda yalnız cismən yoxdurlar.Amma ruhən o qəhrəmanlar hər zaman bizimlə bir yerdədirlər.

Bu gün Nurlan Əsgərlinin, Mübariz İbarahimovun Qarabağ torpaqları uğurunda tökülən qanlarının hər damlasından yüzlərlə Nurlanlar, Mübarizlər doğulacaq.

Allah bir daha şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.”

"Azərbaycanın Səsi" İctimai Birliyinin "ictimaiətlə
əlaqələr şöbəsi"nin müdiri Nəzrin Abbaszadə
Emtv.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024