Mobil versiya
Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı
Tarix: 24-06-2019, 10:42 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Sumqayıtda dəhşətli qəza -


Sumqayıtda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib.

Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


aia.az



561 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031