Mobil versiya
Heydər Əliyev məni bağışlamadı - Yazov
Tarix: 21-01-2016, 00:34 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet2 / Karusel | çapa göndər

Heydər Əliyev məni bağışlamadı - Yazov
1990-cı ildə Qanlı Yanvar faciəsini törədənlərdən olan SSRİ müdafiə naziri, marşal Dmitri Yazov illər sonra baş verənləri xatırlayır. O, qoşunu Bakıya yeritdiyini etiraf edir, lakin bunu Qarbaçovun əmri ilə etdiyini deyir.

Publika.az xəbər verir ki, Yazov Qarbaçovun ermənilərə yardım etdiyini bildirib: “Qarbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda, Qarbaçov xüsusi tərzdə soruşdu: “Siz Arsax haqqında danışırsınız?” Ermənilər Qarabağı “Arsax” adlandırır. Bu onların xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qarbaçova dedilər: “Siz tarixi bilirsiniz”.

Əslində, Qarbaçov tarixi bilmirdi. Ona sadəcə kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda Siyasi Büronun üzvləri Nikolay Rıjkov, Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qarbaçov danışıq aparmır, odun üstünə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət çətin idi. Bu Siyasi Büroda şok effekti yaratdı. Qarbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Qirenkoy və Promakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər. Çünki “azərbaycanlılar erməniləri pəncərələrdən atır və burda böyük qan iyi gəlir”. Onda Qarbaçov hiylə işlədərək özünün yerinə müavini Bobkovu Bakıya göndərdi. Mən də getdim. Nəticədə nümayəndə heyəti böyük oldu. Bakıda Qirenko, Primakov, Mütəllibov və Azərbaycan MK-ın başqa üzvləri toplaşdı. Mən 3 gün ərzinə fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim. Moskvada Çkalov aeroportundan uçarkən hansı rayonlara desant alaylarının yerləşdirilməsi haqda artıq əmr verdim. Biz radio vasitəsilə qoşunların şəhərə girişi haqda elan etdik. Televiziya partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar öldürmək məqsədilə şəhərə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə azərbaycanlılar arasında münaqişəni həll etmək idi”.

O, əsgərlərə kimisə vurmağı əmr etmədiyini iddia edib.

“Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara getsəm, həbs olunacam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim, ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni günahkar hesab edirlər. Kimi ittiham edirlər? Məni, Yazovu. Mən insanları güllələməyi əmr etmirdim - həm Bakıda, həm Vilnüsdə. Mən gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni aldatdılar. Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində yazırdı ki,Qarbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam. Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olurlar. Qoşunları mən daxil etdim, lakin bu mənim güllələ əmrini verməyim demək deyil”.

Yazov öz cinayətini etiraf etmir. Bu gün 20 Yanvar istintaqı ilə bağlı materiallar Rusiya Prokurorluğunda saxlanılır və Moskva bu sənədləri Bakıdakı kolleqalarına vermək istəmir. Bir neçə ölkə Dmitri Yazovu cinayətkar elan edib. Lakin bu ittihamlar hələlik hüquqi statusunu almayıb.



5481 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031