Mobil versiya
Sərbəst güləş yığmamız Avropa ikincisi oldu
Tarix: 24-06-2019 | Saat: 10:02
Bölmə:İdman | çapa göndər

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu



İtaliyanın Faenza şəhərində bir həftə davam edən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə millimizin ardınca sərbəst güləş yığmamız da qitə birinciliyini uğurlu nəticələrlə başa vurub. Belə ki, sərbəst güləşçilərimiz İtaliyada 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıb. Bu nəticəylə millimiz 153 xal toplayaraq komanda hesabında Avropa ikincisi olub. Rusiya 190 xalla birinci, Gürcüstan isə 140 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamızın heyətində Sabir Cəfərov (60 kq) Avropa çempionu olub. Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) isə bürünc medal qazanıb


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024