Mobil versiya
Milli Məclisin növbədənkənar iclaslarının sayında DƏYİŞİKLİK
Tarix: 21-06-2019 | Saat: 11:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisin növbədənkənar iclaslarının sayında


Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun 28-nə təyin edilsə də, iclasların sayında dəyişiklik edilib.



Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında dəyişikliklə bağlı danışıb:



“Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun sonlarında 2 gün davam edəcək. Belə ki, iyunun 27-si və 28-i növbədənkənar plenar iclaslar keçiriləcək”.

Mətbuat katibi əlavə iclasın salınması ilə bağlı hər hansı bir özəlliyin olmadığını da bildirib:

“İyunun 13-ü və 14-ü tarixlərində də ard-arda növbədənkənar iclaslar keçirilib. Növbədənkənar iclasın iyunun 27-nə salınması ilə bağlı xüsusi bir hal yoxdur”

Qeyd edək ki, iyulun 9-da və 12-də plenar iclasların keçirilməsi nəzərdə tutulur

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024