Mobil versiya
İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü - Foto
Tarix: 21-01-2016 | Saat: 00:03
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü - Foto

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Görüşdə qeyd olunub ki, “Luokoyl” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “Lukoyl” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Lukoyl” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “Lukoyl” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024