Mobil versiya
“Qarabağ” Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi
Tarix: 20-06-2019, 17:30 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

“Qarabağ” Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi


“Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.

aia.az klubun saytına istinadən xəbər verir ki, matç "Dalğa Arena"da keçiriləcək. Qurban Qurbanovun komandasının ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, "Qarabağ" "Partizani" səddini keçəcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.


aia.az



5143 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930