Mobil versiya
“Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib
Tarix: 19-06-2019 | Saat: 15:10
Bölmə:İdman | çapa göndər

“Real Madrid” yeni rekorda imza atdı –


Dünyanın ən zəngin futbol klublarından olan “Real Madrid” yeni bir rekorda imza atıb.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, klub komandaya oyunçu transferi əlaqədar olaraq 303 milyon avro xərcləyərək transferə ən çox pul xərcləyən komanda kimi ilk sırada dayanıb.



Qısa zaman ərzində komandaya 5 yeni üzv qəbul olunub. Onların içərsinidə ən çox pul belçikalı futbolçu, “Çelsi” futbol komandasından transfer olan Eden Hazarda xərclənib.Belə ki, gənc futbolçunun transferi üçün klub 100 milyon avro məbləğində pul xərcləyib. Digər futbolçulara; “Lyon” futbol komandasından Ferland Mendiyə 48 milyon, “Santos” komandasından 18 yaşlı Rodriqo Qoesə 45 milyon, “Frankfurt” komandasından Luka Joviç-ə 60 milyon, “Porto” komandasından Eder Militaoya 50 milyon pul xərclənib.



Xatırladaq ki, futbol klubu indiyədək ən çox 2009-cu ildə xərcə düşmüşdü. Kriştiano Ronaldu transfer edilən il klub Kakaya 60, Kərim Benzemaya 35, Xabi Alonsoya 34,5, Raul Albiola 15, Alvaro Neqredoya 5, Alvaro Arbeloa ilə Esteban Qraneronın hərəsinə 4 milyon avro ödəməklə ümumilikdə 258,5 milyon avro xəcləmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024