Mobil versiya
Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti yaxşılaşacaq”
Tarix: 19-06-2019 | Saat: 14:58
Bölmə:Gündəm | çapa göndər

Deputat Sona Əliyeva:


“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı davamlı olaraq yüksəlir”.



Bu sözləri Modern.az-a açıqlamasında deputat Sona Əliyeva deyib. O bildirib ki, ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib:



“Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir. Belə ki, cənab Prezidentin müvafiq fərman və sərəncamları ilə insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə davamlı olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, dövlət başçısının siyasətini birmənalı olaraq dəstəkləyir.



Məlum olduğu kimi, iyunun 18-də cənab Prezident yeni bir sosial paket imzalayıb. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı 250 manat müəyyən edilib, eləcə də müxtəlif kateqoriyalar üzrə çalışanların əməkhaqları artırılıb. Bu sərəncamla minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılır ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq”.



Sona Əliyevanın sözlərinə görə, bütövlükdə, bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq:



“Beləliklə, iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırırıb. Büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi, sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət – vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024