Mobil versiya
"Dünyada 53 milyon nəfərə yaxın uşaq məktəbə getmir" - Nazir müavini
Tarix: 18-06-2019, 16:54 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

"Dünyada 53 milyon nəfərə yaxın uşaq məktəbə getmir"



"Hazırda dünyada 53 milyon nəfərə yaxın uşaq məktəbə getmir. Onların böyük qismi münaqişə zonasında yerləşən ölkələrin əhalisinin payına düşür. Hazırda dünyada 103 milyon nəfərdən artıq gəncin savadlılıq dərəcəsi sıfırdır ki, bunun da 60 faizini qadınlar təşkil edir".

Bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, Azərbaycanda son 15 ildə təhsilin inkişafı, eləcə də təhsil infrastrukturunun inkişaf etdirilməsi üçün müvafiq işlər görülməkdədir: "Azərbaycanda cari ildə 5 yaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub. Növbəti hədəf 2020-ci ildə bu göstəricinin 90 faiz olmasıdır. 1-ci sinfə qəbul olanların sayında da artım baş verib. 2018-ci ildə 165 mindən çox uşaq 1-ci sinfə qəbul olub. 2013-cü ildə isə bu göstərici 138 min idi. Bu gün Azərbaycanda ümumtəhsil pilləsində 1 milyon 533 minə yaxın uşaq təhsil alır".
Nazir müavini deyib ki, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil pillələrində həm qızlar, həm də oğlanlar arasında savadlılıq səviyyəsi, riyazi bacarıqlar göstəricisi yüz faizlik göstərici ilə ifadə olunur: "Hər il ali təhsil müəssisələrinə 50 mindən artıq tələbə qəbul olur".


aia.az



551 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
11-01-2017, 20:52 Xəzərdə zəlzələ olub



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031