Mobil versiya
Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir”
Tarix: 18-06-2019 | Saat: 17:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəşad Məcid:


“Bu gün Elşad Barat AYB-yə gəlmişdi. Anar müəllimlə görüşdü. Ona müsbət münasibətini bildirdi, dedi, siz mənim Allahımsız, öl desəniz, ölərəm, qal desəniz, qalaram, siz mənim bütümsünüz”.


aia.az xəbər verir ki. bu sözləri Kulis.az-a açıqlamasında AYB katibi Rəşad Məcid Elşad Baratın üzvlükdən uzaqlaşdırılması məsələsi ilə bağlı mətbuatda dolaşan söz-söhbətdən danışarkən bildirib:


“Anar müəllim də dedi, üzrxahlıq bildirsən və fikirlərində peşmançılığını dilə gətirsən, AYB-nin növbəti katiblik iclasında məsələyə baxarıq”.



Rəşad Məcid daha sonra bunları deyib:


“Amma Çingiz Abdullayev Elşadı məhkəməyə verməyə hazırlaşır. Ona görə də biz belə qərara gəldik ki, Çingiz müəllimin məhkəməsi sona çatsın, ondan sonra Elşadın AYB-yə qayıdıb-qayıtmayacağını müzakirə edək. O, birlikdə qalmaq istədiyini təkidlə arzulayır”.


AYB katibi açıqlamasında şair Salam Sarvanın onun haqqında yazdığı sərt fikirlərə də münasibət bildirib:


“Çox təəssüf edirəm ki, vaxtilə gözəl şeirlər yazmış Salam Sarvan indi vodkanın əsiridir. Onun nankorluğu barəsində əfsanələr dolaşır. Kamal Abdulla, Anar, AYB Salam Sarvana çox kömək edib, amma o onlara qarşı nankorluq edib. Məncə, belə adama baş qoşmağa dəyməz. Salam gənc yazıçılara araq içirdir. Onların psixologiyasına təsir göstərir. Orxan Həsənini, Rəvan Cavidi, digər gənc yazarları Salam Sarvandan uzaq durmağa çağırıram. O yolun sonu yoxdur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024