Mobil versiya
Dövlət Komitəsinin sədri “Qaloş piri” ilə bağlı: Xurafatdır
Tarix: 13-06-2019 | Saat: 17:39
Bölmə:Karusel / Ölkə | çapa göndər

Dövlət Komitəsinin sədri “Qaloş piri” ilə bağlı:


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Goranboyda "Qaloş piri” ilə yayılan görüntülərə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Goranboyda "Qaloş piri” ilə bağlı yayılan görüntülər təəssüf hissi doğurur.

O qeyd edib ki, orada daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Komitədə məlumat yox idi:

"Komitənin yerli şöbəsi həmin yerdə araşdırma aparıb və orada adamlara izah olunaraq xəbərdarlıq edilib ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq. Burada xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir. Çünki bilirik ki, insan sağlamlığının olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024