Mobil versiya
2 nömrəli Bakı Baza Tibb Kollecində imtahan sessiyasının şəffaflığı təmin edilir
Tarix: 13-06-2019 | Saat: 10:49
Bölmə:Manşet / Təhsil | çapa göndər

2 nömrəli Bakı Baza Tibb Kollecində imtahan sessiyasının şəffaflığı təmin edilir




Direktor Dilarə Məmmədəliyeva yaz imtahan sessiyasının şəffaflığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirib

Məlum olduğu kimi, bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Xüsusilə son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması məqsədilə dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Etiraf olunmalıdır ki, kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapması xüsusilə diqqət yetirməli olduğumuz məqamlardan biri kimi çıxış edir. Məhz elə bu səbəbdən də, ölkəmizdə fəaliyyət göstərən kolleclərin işi, bu təhsil müəssisələrində gedən proseslər hər zaman ictimaiyyət tərəfindən xüsusi maraqla izlənir. Aydındır ki, kollec sistemində həyata keçirilən təhsil islahatlarının da effektivliyi, elə digər sahələrdə olduğu kimi, əsasən bu müəssisələrə rəhbərlik edən konkret simaların mövqeylərindən, onların bu islahatların reallaşmasında nə dərəcədə maraqlı olmalarından çox asılıdır.



Bu gün Azərbaycanda səhiyyə sahəsində peşəkar orta-ixtisas kadrlarının hazırlanması istiqamətində fəaliyyət göstərən ən uğurlu tibb təhsil ocaqlarından biri olan 2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə açılmış və fəaliyyətə başlamışdır. Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta tibb işçisi hazırlayan BBTK-də həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kursları da fəaliyyət göstərir. Kollecin direktoru tibb elmləri namizədi Dilarə Məmmədəliyevadır.

Qısa arayış:

Dilarə Məmmədəliyeva 1982-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunun “Üz-çənə cərrahiyə” kafedrasının aspirantı olmuşdur. 1989-cu ildə Tbilisi şəhərindəki Həkimləri Təkmilləşdirmə İnstitutunda “Aşağı tezlikli ultrasəs kavitasiyası ilə uşaqlarda üz-çənə nahiyyəsinin kəskin iltihabi proseslərinin müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.



Dilarə Məmmədəliyevanın elmi tədqiqatları sırasında “Aşağı tezlikli ultrasəslə irinli-iltihab xəstəliklərinin müalicəsi” mövzusu xüsusi yer almışdır. Belə ki, bu tədqiqatda təklif olunan müalicə üsulu yüksək effektivliyi ilə diqqəti cəlb edir. Lokal, antiseptik, bakterial təsiri ilə ödemi azaldır. Beləliklə də, istifadə edilən bu müalicəvi üsul xəstələrin stasionar şəraitində olmaq müddətini azaldır və orqanizmin daha tez sağalmasına əlavə müsbət təsir göstərir. Dilarə Məmmədəliyeva 17 elmi işin müəllifidir.

Peşəkar kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir




Qeyd etmək lazımdır ki, məhz Dilarə Məmmədəliyevanın yüksək elmi potensialı, zəngin iş təcrübəsinin nəticəsi olaraq, bu gün 2 nömrəli Bakı Baza Tibb Kollecində olan bütün ixtisaslar üzrə kadr hazırlığı müasir dövrün ən yüksək tələblərinə uyğun səviyyədə həyata keçirilir. Bu məqsədlə kollecdə kifayət qədər təcrübəli və dərin elmi biliklərə sahib olan müəllim heyəti çalışır. Kollecin müəllimləri arasında elmlər namizədləri, əməkdar müəllimlər var. Dövrün tələblərinə uyğun olaraq kollecdə müasir kompüterlərlə tam təmin olunmuş informatika otağı yaradılmışdır. Kollecin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi məqsədilə təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir. Bu gün mövcud olan ictimai rəyə görə 2 nömrəli Bakı Baza Tibb Kollecində orta-ixtisas tibb kadrlarının hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. 2 nömrəli BBTK-nin yetişdirdiyi mütəxəssislər isə, bu gün yalnız Azərbaycanda deyil, həmçinin bir çox xarici ölkələrdə də tibbin müxtəlif sahələrində uğurla çalışırlar. Yeri gəlmişkən, kollecin direktoru Dilarə Məmmədəliyeva bu tibb-təhsil müəssisəsinin özünün də xarici əlaqələrinin inkişafı üçün mütəmadi olaraq müvafiq iş aparır.



İmtahan sessiyası şəffaf şəraitdə keçəcək

Məlum olduğu kimi, 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil kredit sistemi ilə aparılır. Tədris planlarının şəffaflığını təmin edən bu sistem həm də təhsil proqramlarının ölkədə və xaricdə tanınmasına imkan verir, tələbələrə digər təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır. Qeyd edək ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə kollecdə Münaqişə komissiyası və “Qaynar xətt” xidməti təşkil olunub. Əlbəttə ki, bu tədbirlər artıq başlamış yaz imtahan sessiyasının da obyektiv və şəffaf şəraitdə keçməsini təmin edəcək. Belə ki, Münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə olunan şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq. Lakin biz ümid edirik ki, sessiya dövründə, eləcə də imtahanlardan sonra Münaqişə komissiyasına müraciət edənlərin sayı minimum olacaq. Məsələ bundadır ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində çalışan müəllim heyəti həqiqətən də öz tələbələrinin uğurlarına sevinən peşəkarlardan ibarətdir. Öz növbələrində tələbələr də müəllimlərinin zəhmətini yüksək dəyərləndirir və semestr boyunca sahibləndikləri elmi biliklərin hesabatını imtahanlarda ləyaqətlə verə bilirlər.



aia.az

Abbas Abbasov
Elıbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024