Mobil versiya
Biz qadınlar bugünkü mövqeyimizi Ulu Öndər Heydər Əliyevə borcluyuq
Tarix: 12-06-2019, 16:52 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Biz qadınlar bugünkü mövqeyimizi Ulu Öndər Heydər Əliyevə borcluyuq


1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Biz qadınlar bugünkü mövqeyimizi Ulu Öndər Heydər Əliyevə borcluyuq.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı. Milli Komitə müxtəlif tədbirlər həyata keçirərək IV Dünya Qadın Konfransına olduqca məzmunlu və ümummilli dəyər daşıyan məruzə hazırladı. Azərbaycan qadınları bu konfransda ləyaqətlə təmsil olundu.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev onun siyasətini uğurla davam etdirir.

Belə ki, 2017-ci ildə Cənab Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) təsis edildi.

Çox qısa müddət ərzində assosiasiya, 208 tədbir, daxili və xarici memorandumlar və ən əsası şimal rayonlarından 12 nəfər, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarından 30 nəfər və 60-a yaxın kiçik əl işləri ilə məşğul olan sənətkarlar fərdi sahibkarlara çevrilmişdir.

Bizim əsas məqsədlərimizdən biri, Azərbaycanda yaşayan bütün xanımlarımıza, öz işlərini qurub və inkişaf etditməkdə dəstək olmaqdır. Biz bu şərəfli yolda, yorulmadan çalışmağa davam edəcəyik, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi bu vətəni onun adına layiq şəkildə yüksəltməyə davam edəcəyik.

AQSİA İdarə Heyətinin sədri

Səkinə Babayeva


aia.az



566 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930