Mobil versiya
“Silahlar bizdən daha çox danışır” – Bahar Muradova
Tarix: 12-06-2019, 13:10 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Silahlar bizdən daha çox danışır”


"Belə bir platformanın yaradılması ilk növbədə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, Helsinki yekun aktına və ATƏT Parlament Assambleyasının qətnamələrində təsbit edilmiş sülhün, təhlükəsizliyin və əməkdaşlığın qurulmasını təmin etməyə yönəlmiş Beynəlxalq hüququn prinsiplərinə və tələblərinə tam uyğundur".



Modern.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.



O bildirib ki, belə bir təşəbbüsün irəli sürülməsini vacib edən əsas səbəb, ATƏT məkanında cərəyan edən geosiyasi proseslər nəticəsində irəli çıxan çağırışlardır.



O cümlədən ölkələri, xalqları, dini konfessiyaları qarşı-qarşıya qoyan ziddiyyətlər və onların doğurduğu ağır nəticələrdir:

"Sirr deyil ki, dünyanın bir çox yerlərində mövcud olan və yeni ortaya çıxan münaqişələr nəticəsində milyonlarla insan qaçqınlığın və köçkünlüyün acı məşəqqətlərini yaşamaqdadırlar. Məcburi miqrasiyalar, terrorlar və hərbi cinayətlər baş verməkdədir. İndi çox təəssüf ki, silahlar bizdən daha çox danışır. İnformasiya müharibəsi, "feyk xəbərlər” və media terroru daha da genişlənməkdədir, cinayət və cinayətkarlıq sərhəd tanımır. Bir sözlə, kollektiv təhlükəsizlik, davamlı sülh, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasiblər qurulmasına və dayanıqlı inkişafa qarşı yönələn təhdidlər geniş vüsat almaqdadır".



O deyib ki, Cənubi Qafqaz regionu, nüfuzlu Avropa ölkələrinin qatıldığı belə bir təşəbbüslərin meydana gəlməsi heç də təsadüfi deyil:



"Azərbaycanın ev sahibliyi ilə reallaşmaqda olan Bakı Parlament Platformasının sıralarına daha çox ölkələrin nümayəndələrinin cəlb edilməsi ilə regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına töhfələr verəcək".


aia.az



557 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930