Mobil versiya
İlham Məmmədzadə “Veysəloğlu” Şirkətindən ayrıldı
Tarix: 11-06-2019, 18:02 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

İlham Məmmədzadə “Veysəloğlu”  Şirkətindən ayrıldı


“Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə tutduğu vəzifədən ayrılıb.

Modern.az-ın məlumatına görə, bu barədə İlham Məmmədzadə özü bildirib:

“Bu gündən etibarən “Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım. Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik “Veysəloğlu” şirkətində işləməkdən məmnun oldum”.

İlham Məmmədzadə fəaliyyət dönəmində əsas məqsədinin “Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması olduğunu qeyd edib
“Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma təşəkkürümü bildirirəm”.


aia.az



537 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930