Mobil versiya
Gədəbəydə şəhidlərin xatirəsinə abidə bulaq kompleksi açıldı
Tarix: 11-06-2019, 14:41 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Gədəbəydə şəhidlərin xatirəsinə abidə bulaq kompleksi açıldı


Gədəbəy rayonunun Zəhmət kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş abidə bulaq kompleksinin açılışı olub.



aia.az xəbər verir ki, açılış mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri kənd camaatı iştirak edib.

Bildirilib ki, abidə bulaq kompleksin yol qəzasında həlak olan 11-ci sinif şagirdi Təbriz Əliyevin atası tərəfindən inşa edilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gədəbəy rayon icra hakimiyyətinin başçının birinci müavini Natiq Nağıyev şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb.

Təbriz Əliyevin atası Pənah Əliyev bildirib ki, oğlu şəhidlərin həyatı ilə çox maraqlanıb.



"Oğlumun şəhidlərin adını əbədişləşdirmək üçün istəklərini əlimdən gəldiyi qədər mən reallaşdırmağa çalışıram. Şəhidlərimizə borcumuzu heç cür ödəyə bilmərik. Onların əziz xatirəsi qarşısında baş əyirəm"



Kəndin ağsaqqalı Oruc Əliyev bildirib ki, Gədəbəy vətənin müdafiəsi uğrunda çox şəhid verib.



"Biz bu gün bu torpağın üzərində yaşayırıqsa bunu şəhidlərimizə borcluyuq. Onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin ruhunun əbədiləşdirilməsi üçün atılan bütün addımlar alqışa layiqdir".



Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov bulaq kompleksinə görə təşəkkürünü bildirib:

"Mənim oğlum döyüşlər başlayanda aspirantura təhsilini yarıda qoyub vətənin müdafiəsi üçün cəbhəyə yollandı”.



Milli Qəhrəman İlham Əliyevin anası Sona Əliyeva deyib ki, şəhidlərimizin adını uca tutmaq çox təqdirəlayiqdir.



"Şəhidlərimiz bizim başımızın tacıdır. Kəndimizə gələn hamı bu abidəni görəcək və hər keçəndə şəhidlərimizə rəhmət oxuyacaq. Oğlum İlham heç bir tərəddüd etmədən vətənin müdafiəsi üçün düşmənlə döyüşə getdi. Bir şəhid anası kimi deyə bilərəm ki, ölkəmizdə şəhidlərimizə böyük hörmət və diqqət var".

aia.az



544 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930