Mobil versiya
Ramazan bayramında 2 gün iş olmayacaq
Tarix: 18-06-2015 | Saat: 20:33
Bölmə:Seçilənlər-2 / Manşet / Karusel | çapa göndər


Əmək Məcəlləsinə əsasən.

Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq.

Aia.az xəbər verir ki, Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq.

18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul qeyri-iş günüdür.

Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq.

Qeyd edək ki, Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib və builki hesablamalara əsasən Ramazan ayının 1-i miladi təqvimlə bu günə - 18 iyuna təsadüf edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024