Mobil versiya
Bakı Biznes və Kooperasiya Kolleci – imtahan sessiyası şəffaflıq və obyektivlik şəraitində keçəcək
Tarix: 10-06-2019 | Saat: 12:08
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bakı Biznes və Kooperasiya Kolleci – imtahan sessiyası şəffaflıq və obyektivlik şəraitində keçəcək




Bu məqsədlə kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Fatima xanım Quliyeva tərəfindən bütün lazımi tədbirlər görülüb

F.Quliyeva: “Təhsil bütün dövrlərdə və cəmiyyətlərdə əhəmiyyətli bir sahə olmuşdur. Təhsil almaq, peşə seçmək bir gəncin ümdə arzularından biridir və bu gün bu, əvvəl olduğundan daha vacibdir. Bizim kollecin hər bir tələbəsinin əsas vəzifəsi seçdiyi ixtisas üzrə dərin biliklərə yiyələnmək, cəmiyyətimiz üçün dəyərli mütəxəssis olmaqdır. Bunun üçün kollecimizdə bütün imkanlar vardır”.

Tədris prosesində müasir metodikalara üstünlük verilir

Həqiqətən də bu gün Bakı Biznes və Kooperasiya Kolleci (BBKK) öz tələbələrinə elmi biliklərin ən yüksək səviyyədə tədris olunması üçün bütün imkanlara malikdir. Kollecin direktoru Fatima xanım Quliyevanın da dediyi kimi, tələbələrin bu imkanlardan yararlanaraq cəmiyyətimiz üçün dəyərli mütəxəssislərə çevrilmələri artıq yalnız onların öz istəklərindən asılıdır. Hazırda Bakı Biznes və Kooperasiya Kollecində Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Bank işi, Sığorta işi, Menecment, Gömrük işi, Marketinq, Bələdiyyə təsərrüfatlarının təşkili, Kommersiya, Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, İnformasiya texnologiyası sistemləri, Turizm və onun təşkili, Mehmanxana-turizm və sanatoriya-kurort komplekslərində iaşə və servis, İnformatika müəllimliyi, Turizm və onun təşkili kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanır.




Tam səmimi olaraq deyə bilərik ki, Bakı Biznes və Kooperasiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bır zəmanətdir. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində fənnlərin tədrisi ilə 138 nəfər yüksək ixtisaslı müəllim məşğul olur ki, onlardan bir nəfəri elmlər doktoru, 15 nəfəri fəlsəfə doktoru,9 nəfəri isə dissertantdır. Kollecdə qabaqcıl müəllimlərin təcrübəsindən geniş istifadə edilir, onların yaradıcı fəaliyyəti yüksək qiymətləndirilir.

MDB ölkələrinin bir neçə orta-ixtisas təhsil müəssələri ilə, Türkiyənin Antalya Turizim Akademiyası ilə sıx əməkdaşlıq edilir.

BBKK-da yaz imtahan sessiyası tədrisin ən şəffaf dönəmi olacaq

Artıq Bakı Biznes və Kooperasiya Kollecində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. Qeyd etmək lazımdır ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün kollecin rəhbərliyi tərəfindən artıq bütün müvafiq tədbirlər görülüb. Tələbələrə sessiya ərzində əldə etdikləri biliklərə nə dərəcədə sahibləndiklərini nümayiş etdirə bilmələri üçün hər cür şərait yaradılıb. Ən əsası isə dediyimiz kimi, imtahanların hər zaman olduğu kimi obyektivlik və şəffaflıq şəraitində keçəcəyinə dair artıq heç kimdə şübhələrin olmamasıdır.



Təqdirəlayiq haldır ki, kollecdə hər imtahan sessiyasından sonra şöbələr üzrə tədrisin vəziyyəti, nəticələri elmi-metodiki şuralarda, elmi-praktiki konfranslarda müzakirə olunur, çatışmazlıqlar araşdırılır, onların aradan qaldırılması üçün ixtisas müəllimlərinə müvafiq göstəriş və tövsiyyələr verilir. Bu sessiya isə demək olar ki, bir çox islahatçı yeniliklərlə də zəngin olacaq. Bütün bunların nəticəsi olaraq, son illər ərzində bu təhsil ocağına ictimai maraq da xeyli artıb. Birmənalı olaraq qeyd etmək olar ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı, demokratik ab-hava, yaradılan yeni ixtisaslar kollecin inkişafını daha da sürətləndirib.

Vurğulamaq istərdik ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində müşahidə olunan inkişaf, tələbələrin ixtisas biliklərinə mükəmməl yiyələnmələri üçün tələb olunan şəraitin təmin olunması, tədrisin yüksək səviyyədə təşkili və bir çox digər uğurlardan danışarkən, kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Fatima xanım Quliyevanın bütün bu proseslərdə rolu xüsusi qeyd olunmalıdır. Belə ki, bu orta-ixtisas təhsili müəssisəsinə rəhbərlik edən Fatimə xanım kollecin səmərəli fəaliyyətinin təmin olunması üçün hər zaman özünün və kollektivin bütün potensialını səfərbər edə bilir.



İnanırıq ki, bundan sonra da Bakı Biznes və Kooperasiya Kolleci məzunlarının uğur və nailiyyətləri ilə hər birimizi sevindirəcək, kollecin rəhbərliyinə və pedaqoji heyətinə isə, yalnız baş ucalığı gətirəcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024