Mobil versiya
Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur
Tarix: 4-06-2019, 18:00 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur


Almaniyanın Münhen şəhərində "Nəqliyyat və logistika” sərgisi keçirilir. Bu sərgi Avropada miqyasına görə ən böyük hesab olunur, dünyada isə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən bu tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətləri təmsil olunur.

"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, 4-7 iyun tarixlərində Münhendə keçirilən sərgidə ilk dəfə olaraq Azərbaycanın milli stendi quraşdırılıb. "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi Azərbaycanın milli stendində hər üç qurumun nümayəndələri sərgi iştirakçılarına ölkənin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verirlər. Həmçinin, əməkdaşlığa dair görüşlər keçirilir, danışıqlar apararılır. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti innovativ məhsulları, xidmətləri və imkanları təqdim edir.

Qeyd edək ki, sərgi 10-dan artıq pavilyon və açıq meydançaları əhatə edir. 115 min kv. metr sahəsi olan, 62 ölkədən 2,5 minə yaxın iştirakçının, eləcə də 123 ölkədən 60 mindən artıq ziyarətçinin qatıldığı "Nəqliyyat və logistika" sərgisi bu sektorun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda əhatəli konfrans proqramı təklif edilir, həmçinin, məlumat mübadiləsi üçün platformalar yaradılır.


aia.az



5234 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930