Mobil versiya
"Azərbaycanla döyünən bütün həmyerlilərimizin müqəddəs Ramazan Bayramını təbrik edirəm"
Tarix: 04-06-2019 | Saat: 15:31
Bölmə:Gündəm | çapa göndər

"Azərbaycanla döyünən bütün həmyerlilərimizin müqəddəs Ramazan Bayramını təbrik edirəm"



Küsənlərin barışdığı, ayrı düşənlərin qovuşduğu, ümidlərin təzələndiyi, ürəklərin həyəcanla döyündüyü bir bayramı daha geridə qoyduq. Dünyanın dörd bir yanında, bu mübarək bayram günlərində ürəyi Azərbaycanla döyünən bütün həmyerlilərimizin müqəddəs Ramazan Bayramını təbrik edirəm.

Qısa bir müddət ərzində, ölkəmizə qazandırdığımız sahibkarlar, hayata keçirdiyimiz layihələr, göstərdiyimiz xidmətlər sayəsinde Azərbaycan qadını daha da öz ayaqları üzərində dura biləcək vəziyyətdədir.

Bugünə qədər qarşımıza qoyduğumuz məqsədlərimizi sona çatdırmağı necə bacardıqsa, bundan sonra da eyni şəkildə davam edəcəyik. Bizə inanan, güvənən hərkəslə birlikdə hədəflərimizə doğru irəliləməyə davam edəcəyik. 10 milyon vətəndaşımızla ve xaricdə yaşayan bacı-qardaşlarımızla bir olaraq, birlikdə Azərbaycan olaraq, ölkəmizi, xalqımızı, xüsusən xanımlarımızı çox yüksək nöqtələrə gətirəcəyik.

Sahibkarlıq həyatım boyunca daima ölkəmə və xalqıma layiqincə xidmət etməyə çalışdım və qazandırdıqlarımın hələ bir başlanğıc olduğunu düşünürəm.

Burdan, sənayeçisindən fermerinə, sənətkarından ixracatçısına, tacirindən biznesmeninə qədər bütün sahibkarlara səslənirəm; gəlin Azərbaycanı birlikdə böyüdək.

Bir daha müqəddəs Ramazan Bayramınızı təbrik edirəm.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024